Uzun illər Azərbaycanda Prezidentin mətbuat katibi və mətbuat katibinin müavini vəzifəsini icra etmiş Səlahəddin Quliyev vəfat edib.
Bu barədə məlumat sosial şəbəkə istifadəçiləri məlumat yayıb.
Səlahəddin Quliyev 1994-2004-cü illərdə Azərbaycan Prezidentinin mətbuat katibi və mətbuat katibinin müavini vəzifələrində işləyib.
S.Quliyev mərhum prezident Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ona müraciəti imzalayan “91-lərin” üzvü idi.
2017-ci ildə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adı verilib.