Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik kəməri birləşdirildi

29 İyul 2020 - 10:55

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin tikintisi çərçivəsinda son qaynaq işləri tamamlanıb.

TAP konsorsiumundan verilən məlumata görə, kəmərin tikintisi çərçivəsində son borulararası tikişin qaynaq edilməsi tamamlanıb.

“Bu da o deməkdir ki, TANAP ilə İtaliyadakı qəbul terminalı arasında olan 878 kilometrlik hissə birləşdirilib. Bu, Cənub Qaz Dəhlizinin açılması yolunda daha bir mərhələdir”, – məlumatda qeyd edilir.

İyun ayının sonuna olan məlumata görə, TAP-ın inşasına başlanılandan bəri işlərin 96,4%-i yekunlaşıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur. (APA)