Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu- Yorkdakı “Türk Evi”ndə ABŞ beyin mərkəzlərinin nümayəndələri ilə görüşündə Ermənistan-Azərbaycan sülh prosesinə toxunub.
Azpost.info bildirir ki, Ərdoğan burada bir sıra məqamlara toxunub.
“Azərbaycan və Ermənistan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyi təmin etmək üçün mühüm şans əldə ediblər”-deyə Ərdoğan vurğulayıb.
Onun sözlərinə görə, Türkiyənin prinsipial mövqeyi fikir ayrılıqlarının aradan qaldırılmasına, sülhə və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verməkdir.
“Biz dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, habelə beynəlxalq hüquq normalarına hörməti sarsılmaz hesab edirik, müasir dünyanın bu prinsiplərə hər zamankindən daha çox ehtiyacı var”, – deyə o vurğulayıb.
BMT Baş Assambleyasında qarşıdan gələn çıxışı ilə bağlı danışan Ərdoğan bildirib ki, o, BMT Təhlükəsizlik Şurasının beş üzvünün bütün dünya məsələlərini həll edə bilməyəcəyini bir daha demək niyyətindədir və bu formata yenidən baxılmalıdır.