Azərbaycan və Səudiyyə bu şəxsləri qısamüddətli vizadan qarşılıqlı azad edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatik, xüsusi və xidməti pasport sahiblərini qısamüddətli vizadan qarşılıqlı azad edəcək.

Bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Əvvəlki məqalə

Tanınmış rəssam Rafiq Nəsirov vəfat edib

Sonrakı məqalə

Məhkumluq haqqında arayışı ƏMAS elektron sistemindən əldə etmək mümkündür