Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi davam edir

Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən “SAT-SAS-2024” birgə təlimi davam edir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Plana əsasən, təlimin növbəti günündə dəniz xüsusi təyinatlı bölmələri quru ərazidə şərti düşmən arxasına helikopterdən enmə zamanı dairəvi mühafizə və müdafiənin təşkili üzrə tapşırıqları praktiki yerinə yetiriblər.
Təlim zamanı hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların icrasında yüksək peşəkarlıq nümayiş etdiriblər.

Əvvəlki məqalə

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Sonrakı məqalə

Noyabr ayı üzrə bütün sosial ödənişlərin verilməsi yekunlaşıb