Dövlət Statistika Komitəsi 2020-ci ildə Azərbaycanın ticarət dövriyyəsində payı olan dövlətlərin adlarını açıqlayıb.
Dövlət Gömrük Komitəsindən Statistika Komitəsinə daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 86,8 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Ukrayna, ABŞ, Fransa, Hindistan, Gürcüstan, Yunanıstan, Xorvatiya, İspaniya, İsrail, Birləşmiş Krallıq, İran, Tunis, İsveçrə, Çexiya, Belarus ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiyanın, 14,5 faizi Türkiyənin, 13,2 faizi Çinin, 6,1 faizi ABŞ-ın, 5,3 faizi Almaniyanın, 4,4 faizi Fransanın, 3,9 faizi Ukraynanın, 3,8 faizi İtaliyanın, 2,8 faizi Birləşmiş Krallığın, 2,7 faizi İranın, 1,8 faizi Yaponiyanın, 1,6 faizi Koreyanın, 1,2 faizi Hindistanın, hər biri 1,1 faiz olmaqla İspaniya və Qazaxıstanın, 1 faizi Belarusun, hər biri 0,9 faiz olmaqla Polşa və Niderlandın, hər biri 0,8 faiz olmaqla Türkmənistan, İsveçrə və Vyetnamın, 13 faizi isə digər ölkələrin payına düşüb.