Azərbaycan ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.
Bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə bu gün keçirilən iclasında qərar qəbul edilib.
İnsanlarası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması da tövsiyə olunub.
Qeyd edək ki, qərara əsasən, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.