“Azərbaycanlılar Ukraynaya humanitar yardımla dəstəyin verilməsində fəal iştirak edirlər”.
Bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz “Facebook” səhifəsində yazıb və fotolar paylaşıb.
“İnsanlar təcili lazım olan hər şeyi gətirirlər. Son 24 saat ərzində 3,5 tondan çox yük toplanıb ki, bu yardım tezliklə Ukraynada olacaq.
Qardaş Azərbaycan xalqına təşəkkür edirik!”, – deyə səfir bildirib.