“Bu gün “TEKNOFEST” də iştirak edərkən “TEKNOFEST”in qurucusu əziz qardaşımız Səlcuq Bayraktarın xidmətlərini də qeyd etmək istərdim. Səlcuq bəy Azərbaycanda dəfələrlə olub, o cümlədən azad edilmiş torpaqlarda – Şuşada və son gəlişində – bu ayın əvvəlində – aprelin 3-də Azərbaycanda olarkən biz gələcək əməkdaşlıq haqqında danışdıq və Bayraktar mərkəzinin Azərbaycanda yaradılması haqqında anlaşdıq”.
Bunu Prezident İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında deyib.
“İnşallah yaxın gələcəkdə Azərbaycanda Bayraktar” Mərkəzi yaradılacaq”,- deyə dövlət başçısı əlavə edib.