Azərbaycanda bir gündə 376 nəfər COVID-19-a yoluxub-

4 nəfər vəfat edib
15 Mart 2021 - 20:14

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 376 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 240  671 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 231 061 nəfər müalicə olunaraq sağalıb, 3286 nəfər vəfat edib, aktiv xəstə sayı 6324 nəfərdir.