Azərbaycanda bir gündə 840 nəfərdə COVID-19 aşkarlanıb, 9 nəfər vəfat edib

17 Mart 2021 - 16:20

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 840 yeni yoluxma faktı qeydə alınıb, 268 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 242 491 koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 638 nəfər müalicə olunaraq sağalıb, 3 307 nəfər vəfat edib, aktiv xəstə sayı 7 546 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 023, ötən müddət ərzində isə ümumilikdə 2 736 493 test aparılıb.