Azərbaycanda bu banklar rus rublu ilə əməliyyatı dayandırıb –ADLAR

Rusiyanın Ukraynaya hücumu və onun cavabında Qərbin Rusiyaya qarşı sanksiyaları nəticəsində rublun məzənnəsi kəskin azalıb.

Məzənnənin aşağı düşməsi özünü Azərbaycanda Mərkəzi Bankın rəsmi məzənnələrində də göstərib. Rubl manat qarşısında 21% ucuzlaşıb və hazırda 1000 rubl 15,7 manatdır (fevralın 25-də 22 manat idi).

ABB-dən verilən məlumata görə, rublla əməliyyatlar üzrə məhdudiyyət yoxdur. Müştərilər elan olunmuş məzənnə ilə əməliyyat apara bilərlər.

Lakin yaranmış vəziyyətlə əlaqədar olaraq bəzi banklar rublla əməliyyatları məhdudlaşdırıblar.

“Paşa Bank”dan FED.az-a bildirilib ki, maliyyə bazarlarında Rusiya rublu ilə bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq PAŞA Bankın “İnternet Bank” xidmətində Rusiya rublu ilə həyata keçirilən mübadilə (nağd, nağdsız) əməliyyatlarının aparılması müvəqqəti olaraq məhdudlaşdırılıb.

Müvəqqəti olaraq rublla əməliyyatları məhdudlaşdıran banklar sırasına aşağıdakı banklar da daxil olub.

Belə ki, “AFB” alqı-satqı əməliyyatlarını müvəqqəti olaraq dayandırıb. Hazırda “Karona” ilə sürətli pul köçürmə etmək olar.

“Rabitəbank”da təcili pul köçürmə əməliyyatı dayandırılıb.

“Turanbank” həm nağd alış-satışı, həm də sürətli pul köçürməni müvəqqəti dayandırıb.

“VTB Bank Azərbaycan”də nağd alış-satış mümkündür, təcili pul köçürmə əməliyyatı isə müvəqqəti dayandırılıb.

“Bank Avrasiya” Rusiya rublunun həm alışı-satışını, həm də sürətli puı köçürmə əməliyyatını müvəqqəti dayandırıb.

“Bank BTB” sürətli köçürmə əməliyyatını davam etdirsə də, Rusiya rublunun qəbulu ölkə üzrə müvəqqəti dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya ilə danışıqlar aparacaq Ukrayna heyətinin tərkibi açıqlanıb

Sonrakı məqalə

Gürcüstan nə üçün Rusiyaya qarşı sanksiyalara qoşulmur? –