Azərbaycanda daha 33 şagirddə koronavirus aşkarlandı

15 Oktyabr 2020 - 15:42

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 14, işçi sayı 2 olub.

Son sutka ərzində koronavirusa yoluxan şagird sayı 33, işçi heyətinin sayı 12 nəfər təşkil edib.