Azərbaycanda daha 350 nəfər COVID-19-dan sağalıb-

108 nəfər yoluxub
05 İyun 2021 - 18:05

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 350 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47366 vaksin vurulub.

Bbir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41631, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı5735 nəfərdir.