Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanda işsizlərin və yoxsulların real sayının hesablanması ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, hazırda yoxsulluq səviyyəsinin və işsizlərin sayının ölçülməsi üçün istifadə edilən üsullar köhnəlib və müasir tələblərə cavab vermir. Nəticədə bununla bağlı açıqlanan rəsmi rəqəmlər reallıqdan uzaqdır.
Bu vəziyyət ölkədə real iqtisadi situasiya ilə bağlı səhv təsəvvürlər yaratmaqla yanaşı, koronavirusla bağlı biznesə və insanlara dəstək tədbirlərində də qeyri dəqiqliyə səbəb ola bilər. Ekspert yazır: “Bu günlər mediadan ən çox eşitdiyim sual hökumətin əhaliyə mümkün yardım formaları ilə bağlıdır.
Bu sual niyə aktualdır? Çünki ölkədə yüksək səviyyədə qeyri-leqal məşğulluq var – nə qədər adamın real olaraq uçotsuz işlədiyi bəlli deyil. Dünyanın normal ölkələrində iqtisadi fəal əhalinin ən azı 85-90%-i əmək müqaviləsilə çalışır, 6-10%-i işəgötürən və sahibkar statusunda olur, ən yaxşı halda 3-4%-i sığortasız-müqaviləsiz işçi olur. Ona görə də belə ölkələrdə şəffaf və ünvanlı şəkildə ehtiyacı olanlara büdcə dəstəyi problem deyil.
Bizdə əmək müqaviləli çalışanlar 35%-dir. Davamlı xidmət müqavilələri və işəgötürən statusu ilə rəsmi qazancı və işi olanlar maksimum 15%-dir. Bu 2 kateqoriya iqtisadi fəal əhalinin tam 50%-ni edir – təxminən 2.4 mln. nəfər.
2.5 mln. nəfərə yaxın iqtisadi fəal əhali qeyri-rəsmi məşğul əhali sayılır – pensiya və tibbi sığortası yox, belə ekspermal stiuasiyalarda dövlətdən dəstək alaraq sosial risklərdən qorunmaq mexanizmləri yox.
Bu təbəqənin ən böyük hissəsi – 70%-i (1.8 mln. nəfər ) aqrar sektorun “dəftərin”ə yazılır. Yazılır ona görə deyirəm ki, bu adamların xeyli hissəsi islahat vaxtı pay torpağı alsa da, sonaradan torpağını satıb, amma statsitika illərlə bu insanları elə aqrar sahədə məşğul kimi göstərməkdə davam edir. Yaxud 1 yaşı olanda sovxoz-kolxoz islahatı zamanı ailəsilə birlikdə torpaq payı olan körpə böüyüb 18-20 yaşa çatıb, heç biri işi yoxdur, amma həmin, məsələn, 30 sot torpağa görə dövlət onu işsiz saymır. Halbuki bu adam 30 sotda nə becərsə (neft və qızıl hasilatı istisna), heç aylıq minimum maaşın yarısı qədər də qazanc götürə bilməz.
Ona görə hökumətin görə biləcəyi ilk işlərdən biri də bu olmalıdır – hansı ölçüdə kənd təsərürfatı təyinatlı torpaq sahəsi olduğu halda əmək qabiliyyətli şəxs işsiz sayıla bilməz. Mənə görə ən azından ailə-kəndli təsərrüfatnıda adambaşına torpaq sahəsi 1 hektar olduğu tədqirdə həmin ailədə olan əmək qabiliyyətli şəxsləri məşğul saymaq, işszilik statusu olmayan fərdlər kimi qəbul etmək mümkündür.
Digər tərəfdən aqrar sektorda, xüsusilə bitkiçilikdə qeyri-rəsmi muzdla çaılaşanlar ilin ən yaxşı halda yarısını işləyə və gəlir əldə edə bilirlər. Ona görə onları ilboyu məşğul saymağın özü doğru deyil.
Hələ oni demirəm ki, ölkədə statistikanın “öz istəyilə işləməyən” kimi uçota alıdığı, əmək qabliyyətli yaşında 1 mln. nəfərə yaxın iqtisadi qeyri-fəal əhali var.
İkinci vacib məsələ “kimdir yoxsul” sualına doğru cavab tapmaqdır.
Monetar yoxsulluq ölkədə gerçək yoxsulluğu üzə çıxarmağa, real dəstəyə ehtiyacı olanlara aşkarlamağa imkan vermir. Bu cür ölçmə ya gəlirlərə (nisbi), ya da xərclərə (mütləq) əsasən yoxsulluğu ölçür – yəni hər 2 halda pul ifadəsində ölçmədir (ona görə də hər ikisi monetar adlandırılır). Ola bilər biz minimum təsdiqlənən xərclərimizi bir yolla ödəyə bilirik – fərqli yoxdu özümüz işləyərək, ya davamlı dost-tanış yardımı alaraq.
Amma yoxsulluğun gerçək miqyasını “çoxamilli yoxsulluq” ölçmə üsulu vasitəsilə aydınlaşdırmaq olur. Bu halda bizim monetar yoxsulluq səviyyəmizdən əlavə kommunal, rabitə və sosial xidmətlərə əlçatanlğımız, bu xidmətlərin istehlak səviyyəsi, mənzillə təminat səviyyəmiz kimi göstəricilər, götürdüyümüz kreditləri ödəyə bilib-bilməməyimizlə bağlı maliyyə-kredit təşkilatlarının məlumatları da ev təsərrüfatlarının yoxsulluq səviyyəsini ölçməyə imkan verir. Məsələn, təkcə elə qaz və elektrik enerjisi istehlakı, mənzil ölçüsü çoxamilli üsulla dəstəyə ehtiyacı olan yoxsulların əhatə dairəsini müəyyənləşdirməyə yardımçı olar.
Ümid edirəm virus kabusundan götürlən ən böyük dərslərdən biri də işsizlik və yoxsulluğun ölчülməsi üçün yeni metoloji bazanın yaradılması olacaq”.