Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

09 Avqust 2020 - 20:16

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda cla bağlı avqustun 9-na olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 618 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 785 126 test aparılıb. Aktiv xəstə sayı 2 714 nəfərdir, onlardan 253 nəfər reanimasiyadadır, 47 nəfər isə süni tənəffüs aparatına qoşulub.