Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1160,9 mln. manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 7,2% azalıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yanacaq mazutunun istehsalı 71,8 % artıb, avtomobil benzininin istehsalı 1,6%, dizel yanacağının istehsalı 23,3%, sürtkü yağlarının istehsalı 25,8%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 26,4%, neft koksunun istehsalı isə 33,9% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidən qurma və modernləşdirmə işləri aparılıb.
Qeyd edək ki, bu ilin aprelində NEZ-in işi planlaşdırılmış profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılıb. Lazım olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilmə layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınması planlaşdırılır. Zavodun işi may ayının sonunda bərpa ediləcək.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri | Yanvar-aprel 2022-ci il | İllik müqayisə, % |
Avtomobil benzini, min ton | 359,8 | 98,4 |
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton | 101 | 73,6 |
Ağ neft, min ton | 167,3 | 112,5 |
Dizel yanacağı, min ton | 595,9 | 76,7 |
Yanacaq mazutu, min ton | 36,6 | 171,8 |
Sürtkü yağları, min ton | 14,1 | 74,2 |
Neft bitumu, min ton | 97,6 | 144,4 |
Neft koksu, min ton | 57,8 | 66,1 |