Azərbaycanda oktyabrın 15-dək 546 şagird, 186 təhsil işçisi koronavirusa yoluxub –

RƏSMİ
16 Oktyabr 2020 - 11:49

Təhsil naziri indiyədək koronavirusa yoluxmuş şagirdlərin və işçi heyətin sayını açıqlayıb.

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib ki, oktyabrın 15-nə qədər 546 şagird, 186 təhsil işçisi koronavirusa yoluxub.

Nazir 1597 şagirdin COVID xəstəsi ilə təmasda olduğunu deyib.