Azərbaycanda son sutkada 530 nəfər koronavirusa yoluxub –

3 nəfər vəfat edib (OPERATİV QƏRARGAH)
15 Oktyabr 2020 - 15:02

Azərbaycanda bu gün koronavirus infeksiyasına yeni 530 yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 43 280 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 39 671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib, aktiv xəstə sayı 2 990 nəfərdir.