Azərbaycanda son sutkada 733 nəfər COVID-19-a yoluxub –

265 nəfər sağalıb, 8 nəfər vəfat edib
13 Mart 2021 - 16:21

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 239 692 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 230 726 nəfər müalicə olunaraq sağalıb, 3 276 nəfər vəfat edib, aktiv xəstə sayı 5 690 nəfərdir.