Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 39280 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 36836 nəfər müalicə olunaraq sağalıb, 576nəfər vəfat edib, aktiv xəstə sayı 1868 nəfərdir.