Azərbaycanın məhsul idxal etdiyi dövlətlər –

Hansı ölkələr 2 ayda 1 milyard dollarlıq mal göndərib? (CƏDVƏL)
19 Mart 2021 - 11:42

Azərbaycan 2021-ci ilin yanvar və fevral aylarında xarici ölkələrdən 1 milyard 611 milyon 975 min dollar dəyərində mal idxal edib.

Azpost.info bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi statistik məlumatlarda qeyd olunur.

Hesabatda idxalda fərqlənən əsas ölkələrin adları da var.

İlk “beşlik”də Rusiya, Türkiyə, Çin, Almaniya və ABŞ yer alıb.

İdxalda birinci yeri Rusiya (243 milyon 443 min dollar) tutur. Daha sonra Türkiyə (238 milyon 482 min 53 dollar), Çin (203 milyon 793 min 51 dollar), Almaniya(142 milyon 558 min 19 dollar), ABŞ (83 milyon 964 min dollar), İran (63 milyon 486 min dollar), Britaniya (61 milyon 572 min dollar), Ukrayna (60 milyon 534 min dollar) gəlir.

Daha sonra nisbətən daha az xarici ticarət dövriyyəsi olan ölkələr gəlir.