Azpost.info bildirir ki, Dövlət Statistika Komitəsi 2020-ci ildə Azərbaycanın mal ixrac etdiyi ölkələrlə bağlı statistik məlumatları açıqlayıb.
İxracın 31,4 faizini İtaliyaya, 19,2 faizini Türkiyəyə, 4,9 faizini Rusiyaya, 3,6 faizini Yunanıstana, 3,4 faizini Xorvatiyaya, hər biri 3,3 faiz olmaqla Gürcüstan və Çinə, 3,2 faizini Hindistana, 3,1 faizini İsrailə, hər biri 2,5 faiz olmaqla İspaniya və Ukraynaya, 2,2 faizini Tunisə, hər biri 1,8 faiz olmaqla Portuqaliya və Almaniyaya, 1,7 faizini Çexiyaya, 1,5 faizini İsveçrəyə, 1,2 faizini Belarusa, hər biri 1,0 faiz olmaqla Vyetnam, Tailand, Birləşmiş Krallıq və Avstriyaya, 5,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Yanvar-noyabr aylarında ixracın 85,8 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 8,4 faizini avtomobil, 3,3 faizini dəmir yolu, 1,9 faizini hava, 0,6 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib.
İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, bitki yağları, şəkər, alkoqollu və alkoqolsuz içkilərin payı üstün olub.