Azərbaycanın xarici ticarət dövriyyəsi 27 faiz azalıb –Dövlət Statistika Komitəsi

“Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2020-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21 milyard 863,3 milyon ABŞ dolları təşkil edib”.

Azpost.info bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ötən il ixracın dəyəri 12 milyard 177,8 milyon dollar, idxalın dəyəri 9 milyard 685,5 milyon dollar təşkil edib. Nəticədə 2 milyard 492,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 27,2 faiz, real ifadədə 21,7 faiz, o cümlədən idxal 36,2 faiz, ixrac isə 11,5 faiz azalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda gənc oğlan özünü binadan atıb

Sonrakı məqalə

Xırdalanda evin dağıntıları altında qalan 8 yaşlı qızın meyiti tapıldı