Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin artıb

17 Mart 2020 - 17:09

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 5,3% azalaraq 5 036,4 mln. ABŞ dolları təşkil edib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə ixracı 3,1% artaraq 3 249,4 mln. dollar, idxalın həcmi isə 17,5% azalaraq 1 787,1 mln. dollara bərabər olub. Nəticədə 1 462,3 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin eyni ayı ilə müqayisədə 2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 48,3% artıb.