Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına inanırıq –Kansler Olaf Şolts

“Bizim müzakirə edəcəyimiz mövzular çoxdur”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts bildirib.

Olaf Şolts deyib ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması müzakirə olunub: “Yaxşı haldır ki, iki ölkə lideri dialoqdadır. Siz mənimlə son görüşdə demişdiniz ki, bütün məsələlər müzakirə yolu ilə həll olunacaq. Mən hər iki tərəfin lazımi konstruktivlik nümayiş etdirməsini gözləyirəm”.

Kansler deyib ki, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesinin başlaması xəbərini alıb.

Bunu müsbət dəyərləndirən Olaf Şolts deyib ki, bu il sülh müqaviləsinin imzalanacağına inanırlar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.