Azərbaycanla Slovakiya arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycanla Slovakiya arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi imzalanıb.

Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Slovakiya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev və Slovakiya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”nu imzalayıblar.

Əvvəlki məqalə

“Tavuş bölgəsindəki sərhəd dirəkləri təhlükəsizliyimizin təminatıdır”

Sonrakı məqalə

Bakıda yüksək vəzifəli məmurun oğlu dostları ilə birgə zəhərlənib