Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndiririk- Gürcüstanın XİN başçısı

“Gürcüstan Azərbaycan ilə strateji tərəfdaşlığı yüksək qiymətləndirir və onun gələcək illərdə inkişafına ümid edir”.

Bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili “X” sosial şəbəkəsində paylaşımında bildirib.

Paylaşımda deyilir: “Gürcüstanın strateji tərəfdaşı və yaxın qonşusu olan Azərbaycanın Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına və hökumətinə, eləcə də həmkarım Ceyhun Bayramova ürəkdən təbriklərimi çatdırıram. Biz etibarlı strateji tərəfdaşlığımızı yüksək qiymətləndirir və onun gələcək illərdə inkişafına ümid edirik”(azərtac).

Əvvəlki məqalə

Şəmkir su anbarında batan şəxsin cəsədi tapılıb

Sonrakı məqalə

Sumqayıtda 2 avtomobil toqquşub, 3 nəfər yaralanıb