“Azərbaycanlılarla qardaş kimi olmuşam” –Xankəndidən olan erməni sakin

“Şəxsən mənə azərbaycanlılardan heç bir ziyan dəyməyib. Çox istərdim ki, iki xalq arasında dostluq münasibətləri olsun”.

“Report”un xəbərinə görə, bunu Qarabağın erməni sakini Arnold Anderyan deyib.

Onun sözlərinə görə, azərbaycanlılarla yaxşı münasibətləri olduğu üçün əlinə silah alaraq vuruşmayıb:

“Mən Şuşanın Daşaltı kəndində anadan olmuşam. Daha sonra Xankəndiyə köçmüşük və 45 ildir ki, burda yaşayırıq. Ermənistana keçid üçün bizə heç bir problem yaradılmadı. Könüllü şəkildə Xankəndini tərk edirik. Lakin birdəfəlik getməyim isə sual altındadır. Bəlkə, geri qayıtdım”.

Erməniəsilli sakin onu da bildirib ki, azərbaycanlılarla yaxşı münasibətləri olub və xeyli dostları da var imiş:

“Şəxsən mənə sizlərdən heç bir ziyan dəyməyib. Qardaş kimi olmuşuq. Heç mən əlimə silah alıb, sizlərə qarşı da vuruşmamışam. Bilmirəm bu iki xalqın arasını kim vurdu”.

Əvvəlki məqalə

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi insult keçirib, xəstəxanadadır

Sonrakı məqalə

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın