“Azərbaycan Avropa İttifaqı üçün strateji ölkədir” –Viktor Orban

İtaliyada keçirilən Çernobbio Beynəlxalq Forumunda jurnalistlərin suallarını cavablandıran Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanı Avropa İttifaqı üçün strateji əhəmiyyətli ölkə adlandırıb.

Macarıstan hökumətinin başçısı deyib: “Azərbaycan Avropa ilə sıx əməkdaşlıq edir. Hazırda Azərbaycan strateji əhəmiyyətə malik ölkəyə çevrilib. Ona görə də Avropa Şurasının sədri kimi, biz Azərbaycanla strateji əməkdaşlığın inkişafını dəstəkləyirik”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.