“Azərbaycan nümayəndə heyəti AŞPA-da etimad böhranının öhdəsindən gələ bilib”- Slutski

“Son illər Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çox ciddi hücumlara məruz qalıb”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə Komitəsinin sədri, AŞPA-dakı Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutski deyib.

“Baxmayaraq ki, Azərbaycan bu təşkilata daxil olan gündən, hələ mərhum Heydər Əliyevin prezidentliyi dövründən əmin addımlarla irəliləyir. O zamanlar AŞPA-da Azərbaycan nümayəndə heyətinə ölkənin hazırkı prezidenti İlham Əliyev rəhbərlik edirdi. Azərbaycana olan hücumların həddi yox idi. Lakin Azərbaycan nümayəndə heyəti etimad böhranının öhdəsindən gələ bilib”, – deyə L. Slutski vurğulayıb.   

Rusiyalı parlamentari həm Rusiya, həm də Azərbaycan üçün AŞPA-nın Avropada xarici siyasət xəttinin inkişaf etdirilməsi baxımından vacib meydan olduğunu qeyd edib: “Əlbəttə ki, əsassız mövqelərin, ikili standartların qarşısını almaq baxımından bu çox önəmlidir. O, ki qaldı dostlarımızın bizə dəstəyinə, bu, çox vacibdir. Azərbaycan nümayəndə heyətinə bizə verdiyi dəstəyə görə, bir daha təşəkkürümü bildirirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bildiriş almayan “Jurnalist Binası”nın sakinləri harda səs verə bilər? –

Sonrakı məqalə

Ötən ay 18 nəfər qidadan zəhərlənib