Azərbaycan Premyer Liqası –Bu gün hansı komandalar oynayacaq?

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha iki oyunu keçiriləcək.

Günün ilk matçında “Neftçi” “Turan Tovuz”un qonağı olacaq.

Tovuz şəhər stadionundakı qarşılaşma saat 15:00-da başlayacaq. Görüşü Kamal Umudlunun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Bölgə təmsilçisi 32 xalla 6-cı, “ağ-qaralar” 61 xalla 3-cü pillədə qərarlaşıb.

Digər oyunda isə “Sumqayıt” və “Səbail” münasibətlərə aydınlıq gətirəcəklər. “Kapital Bank Arena”dakı matç saat 19:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq. “Gənclik şəhəri” təmsilçisi 28 xalla 8-ci, “dənizçilər” 22 xalla sonuncu-10-cu sıradadır.

Əvvəlki məqalə

Masallıda ər arvadını öldürüb, özü inthar etmək istəyib –

Sonrakı məqalə

“Bakı Marafonu 2023”-ə start verildi