Azərbaycan Prezidenti Vyetnam şirkətlərini azad olunmuş ərazilərdə bərpa işlərində iştiraka dəvət edib

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq layihələrinin həyata keçirilməsində Vyetnam şirkətlərinin də iştirakı mümkündür.

Bunu Vyetnamın ölkəmizdə yeni təyin olunan səfiri Danq Min Xoyun etimadnaməsini qəbul edərkən Prezident İlham Əliyev deyib.

Dövlətimizin başçısı həmin şirkətləri bərpa-quruculuq işlərində iştiraka dəvət edib.

Əvvəlki məqalə

QMİ sədri BMT-nin tədbirində Tehrandakı səfirliyimizə hücum məsələsini qaldırıb

Sonrakı məqalə

“Təyyarələrim yoxdur, Maldivlərə getməmişəm, rahat buraxın…”