Azərbaycan Qazaxıstana qalib gəldi –Qrup ikincisi oldu /UEFA Millətlər Liqası

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.

C liqasının 3-cü qrupunda yer alan Canni de Byazinin yetirmələri Qazaxıstanı qəbul edib. Son iki matçında qələbə qazanan millimiz qrup qalibini üstələməklə ikinci yeri tutmaq niyyətində idi.

Qonaqların bir saatdan çox azlıqda çıxış etdiyi görüşün ilk yarısında hesab açılmasa da, komandamız fasilədən sonra vurduğu 3 qolla ardıcıl üçüncü qələbəsini qazanıb. Bununla da Azərbaycan yığması qrupu 10 xalla ikinci pillədə başa vurub.

Qrupun digər oyununda Slovakiya ilə Belarus 1:1 hesablı heç-heçə edib.

Millətlər Liqası, VI tur
C liqası, 3-cü qrup
25 sentyabr
20:00. Azərbaycan – Qazaxıstan – 3:0
Qollar: 
Aleksandr Maroçkin, 67 (avtoqol), Filip Ozobiç, 74, Anatoli Nuriyev, 90+1
Baş hakim: Harm Osmers
Qırmızı vərəqə: Nuralı Alip, 36
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev, 6. Höccət Haqverdi, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov (k), 19. Filip Ozobiç, 21. Ozan Can Kökçü, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Rüstəm Əhmədzadə, 5. Cəlal Hüseynov, 7. Anatoli Nuriyev, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 20. Musa Qurbanlı, 22. Aleksey İsayev
Baş məşqçi: Canni de Byazi
Qazaxıstan: 12. İqor Şatski, 22. Aleksandr Maroçkin, 3. Nuralı Alip, 21. Marat Bıstrov, 18. Timur Dosmaqambetov, 13. Baqdat Kairov, 5. İslambek Kuat (k), 7. Aslan Darabayev, 10. Elxan Astanov, 20. Ramazan Orazov, 6. Abılayxan Jumabek
Ehtiyat oyunçular: 1. Bekxan Şayzada, 15. Məhəmmədcan Seysen, 2. Sergey Malıy, 4. Temirlan Yerlanov, 8. Artur Şuşenaçev, 9. Roman Murtazayev, 11. Yan Voroqovski, 14. Samat Jarınbetov, 16. Mixail Qabışev, 17. Abat Aymbetov, 19. Talqat Kusyapov, 23. Adilet Sadıbekov
Baş məşqçi: Məhəmməd Adıyev
Bakı. “Dalğa Arena”

1 Qazaxıstan 6 4 1 1 8-6 13
2 Azərbaycan 6 3 1 2 7-4 10
3 Slovakiya 6 2 1 3 5-6 7
4 Belarus 6 0 3 3 3-7 3

**

Azərbaycan – Qazaxıstan – 2:0 (İkinci hissə)

Qol: Aleksandr Maroçkin, 67-avtoqol, Filip Ozobiç, 74

Qırmızı vərəqə: Nuralı Alip, 35 (Qazaxıstan)
Baş hakim: Harm Osmers
Bakı. “Dalğa Arena”

**

Millətlər Liqası, 6-cı tur
C liqası, 3-cü qrup

20:00. Azərbaycan – Qazaxıstan – 1:0 (İkinci hissə)

Qol: Aleksandr Maroçkin, 67-avtoqol

**

UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən Azərbaycan – Qazaxıstan oyununda birinci hissə başa çatıb.

“Dalğa Arena”da oynanılan qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Ancaq Qazaxıstan millisi azlıqda qalıb. Belə ki, matçın 35-ci dəqiqəsində millimizin üzvü Renat Dadaşova qarşı kobud oynayan qazaxıstanlı futbolçu Nuralı Alip qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb.

Hazırda 13 xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, qrupun digər oyununda Belarus millisi Slovakiya yığmasının qonağıdır. Hazırda Belarus seçməsi 1:0 hesabı ilə öndədir.

 

**

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununa çıxıb.

Millimiz C Liqasının üçüncü qrupunun altıncı turunda Qazaxıstan yığmasını qəbul edir.

Azərbaycan millisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev, Eddi İsrafilov, Bədavi Hüseynov, Filip Ozobiç və Ozan Can Kökcü yer alıblar.

Qazaxıstan seçməsinin heyətində meydana İqor Şatski, Nuralı Alip, İslambek Kuat, Abılayxan Jumabek, Aslan Darabayev, Elxan Astanov, Baqdat Kairov, Timur Dosmaqambetov, Ramazan Orazov, Marat Bıstrov və Aleksandr Maroçkin çıxıblar.

“Dalğa Arena”da oynanılan qarşılaşmanın baş hakimi almaniyalı Harm Osmersdir.

Hazırda 13 xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olacaq.

Əvvəlki məqalə

İranda güclü zəlzələ olub

Sonrakı məqalə

Moldovada prezident Maya Sandunun istefası tələbi ilə aksiya keçirilib