“Azərbaycan tərəfdaş ölkələrlə birlikdə bütün hədəflərə nail olmağa hazırdır”- Prezident

Azərbaycan tərəfdaş ölkələrlə əməkdaşlığı davam etdirməyə və birlikdə bütün hədəflərə nail olmağa hazırdır.

APA-nın Bolqarıstana ezam olunan əməkdaşı xəbər verir ki, bunu bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

“Azərbaycan müstəqilliyinin bərpasından 3 ildən az bir müddət içində sonralar “Əsrin müqaviləsi” adlandırılacaq müqaviləni imzaladı və ilk dəfə xarici neft şirkətlərini Xəzər dənizində işləməyə, neft istehsal etməyə və kəşflərə dəvət etdi. Beləliklə, biz bu gün 21-ci əsrin layihəsini həyata keçiririk və bu layihə böyüyür. Ona görə də enerji sahəsində etibarlı tərəfdaş olan Azərbaycan əminliklə bizim bu yolumuzu davam etdirməyə və bütün hədəflərə nail olmağa hazırdır”, – dövlət başçısı vurğulayıb.

Əvvəlki məqalə

Kreml Qarabağdakı sülhməramlılara yeni komandan təyin edib

Sonrakı məqalə

“Bizim “yaşıl enerji” ixracımızın əsas istiqaməti Avropadır” –