Azərbaycan terror aktına görə İsrailə başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsrailə bu ölkədə törədilmiş terror aktı ilə bağlı başsağlığı verib.

Bu barədə XİN-in tviter hesabında paylaşım edilib.

“Yerusəlimin Neve Yaakov məhəlləsindəki Sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, – Azərbaycanın xarici siyasət idarəsi başsağlığıda qeyd edib.

Qeyd edək ki, Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı 8 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs güllələnib.

Hücum terror aktı kimi qiymətləndirilir.

Əvvəlki məqalə

Masallıda din xadimlərinin iştirakı ilə müşavirə keçirilib

Sonrakı məqalə

Tehrandakı səfirliyimizə hücum zamanı xəsarət alanların son durumu açıqlanıb