Azərbaycan və Ermənistan XİN başçıları 7 saat Qarabağı müzakirə ediblər –Sabah da danışıqlar davam edəcək

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri arasında Cenevrədə keçirilən görüş 7 saat davam edib.

Bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva “Twitter”səhifəsində qeyd edib.

O bildirib ki, tərəflər və həmsədrlər danışıqların intensivləşdirilməsinin və danışıqların gündəliyində olan məsələlərdə gözəçarpan nəticələrin əldə edilməsinin tərəfdarı kimi çıxış ediblər.

L.Abdullayeva bildirib ki, danışıqlar sabah da davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Moskvada metrostansiyalardan birinə Həzi Aslanovun adı verilə bilər

Sonrakı məqalə

Tofiq Qasımovun 1992-ci ildə Litva qəzetinə verdiyi MÜSAHİBƏ: