Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq razılaşması imzalanıb- Müdafiə sahəsində

Azərbaycanda səfərdə olan Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze general-polkovik Zakir Həsənovla görüşüb.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Gürcüstan hökumətləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşmanın hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsini nəzərdə tutduğu qeyd edilib(apa).

Əvvəlki məqalə

Vəfat edən rus deputat “Fruktovy Sad”, “Tonus, “Ya” markalarının sahibi olub

Sonrakı məqalə

Sabah hava necə olacaq?