Azərbaycan və Türkiyə millilərinin rəqibləri müəyyənləşib –AVRO-2024

AVRO-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Almaniyanın Frankfurt şəhərindəki tədbirdə Azərbaycan millisinin rəqibləri bəlli olub.

Yığmamız seçmə mərhələnin 53 iştirakçısı sırasında yer alıb. 4-cü səbətdə qərarlaşan yığmamız F qrupuna düşüb.

Canni de Byazinin yetirmələri Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq.

Qardaş Türkiyənin milliləri Xorvatiya, Uels, Ermənistan və Latviya ilə D qrupundadır.

Qeyd edək ki, 2023-cü ildə keçiriləcək seçmə mərhələdə qruplarda ilk iki yeri tutanlar AVRO-2024-ə vəsiqə qazanacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.