“Azərbaycan xalqı yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu”- Prezident İlham Əliyev

“44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu”.

Bunu bu gün Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsi önündə çıxışında bildirib.

Dövlət başçısı deyib ki, bütün Azərbaycan xalqı birlik, iradə göstərib: “Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz – bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq”.

Əvvəlki məqalə

“Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, bir daha bizim üçün təhdid yaratsın”

Sonrakı məqalə

“Ermənistanın sonuncu təxribatı normallaşma prosesinə xələl gətirir”