Azərbaycan xaricə neftdən başqa ən çox hansı məhsulları ixrac edir?

Cari ilin yanvar-may aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında pambıq mahlıcı birinci olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun sayında bildirilir ki, beş ayda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (123,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (pomidor) (91 milyon ABŞ dolları) ikinci, karbamid (84,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Bu ilin mayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (32,8 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (21,2 milyon ABŞ dolları) ikinci və karbamid (15,9 milyon ABŞ dolları) üçüncü olub.

Əvvəlki məqalə

Beş ayda Bakı sakinləri müxtəlif xidmətlərə 2 milyard manat ödəyib

Sonrakı məqalə

Supermarketlərdə 5 ayda 5 milyard manatlıq ərzaq satılıb