Azərbaycan XİN Ukraynadan taxılın ixracı ilə bağlı sazişi alqışlayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynadan taxılın ixracı üzrə sazişin imzalanmasını, eyni zamanda, Türkiyə və BMT-nin, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan və Baş katib Antoniu Quterreşin uğurlu vasitəçilik səylərini alqışlayır.

Bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, bu, qlobal ərzaq təhlükəsizliyi üçün mühüm addımdır.

“Biz sazişin tezliklə həyata keçirilməsini gözləyirik”, – qeyd olunub.

Əvvəlki məqalə

İlham Əliyev Misir prezidentini təbrik edib

Sonrakı məqalə

Putin Özbəkistan prezidentini təltif etdi