Azərbaycanda 9 günlük Novruz tətili başlayır

Bu gündən Novruz bayramı ilə əlaqədar bayram tətili başlayır.

Nazirlər Kabineti tərəfindən təsdiqlənən müvafiq qərara əsasən, 2023-cü il martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır.

2023-cü ildə 18, 19 və 25, 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bu il Novruz bayramı ilə əlaqədar ardıcıl 9 gün iş olmayacaq.

Əvvəlki məqalə

Daha 39 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Sonrakı məqalə

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın irəli sürdüyü 5 qətnaməni qəbul edib