Azərbaycanda bayram namazı qılınıb

Azərbaycan məscidlərində Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb.

Bakının “Təzə Pir” məscidində icra olunan bayram namazı Hacı Şamil Rəsulovun imamətliyi ilə baş tutub. Bayram namazında din xadimləri ilə yanaşı əhali də iştirak edib.

Qeyd edək ki, bu gün və sabah Azərbaycanda Qurban bayramı qeyd olunur.

Əvvəlki məqalə

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub –

Sonrakı məqalə

Xaçmazda 32 yaşlı kişini qatar vurub