Azərbaycanda bir gündə 2287 nəfər COVID-19-dan sağalıb, 2148 nəfər yoluxub, 30 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2148 yeni yoluxma faktı qeydə alınıb, 2287 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 298522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 262480 nəfər müalicə olunaraq sağalıb, 4107 nəfər vəfat edib, aktiv xəstə sayı 31935 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14583, ötən müddət ərzində isə ümumilikdə 3096740 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tibb Universitetinin müəllimi koronavirusdan vəfat edib

Sonrakı məqalə

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb