Azərbaycanda bir ildə 649 piyadanı avtomobil vurub

Ötən il respublikada 649 piyada vurma hadisəsi baş verib.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, piyadavurma hadisələri zamanı 358 nəfər ölüb, 333 nəfər yaralanıb.

Bu da ümumi yol-nəqliyyat hadisələrinin 39.7 faizini təşkil edir. Piyadaların vurulması ilə nəticələnən qəzaların mütləq əksəriyyəti də məhz sutkanın qaranlıq vaxtı, yaxud məhdudiyyətli görünmə şəraitində baş verib.

Əvvəlki məqalə

Mebel sexindəki partlayışda xəsarət alanların son durumu necədir?

Sonrakı məqalə

Həbs edilən sabiq idarə müdiri 53 min manat rüşvət alıb