Azərbaycanda daha 638 nəfər COVID-19-dan sağalıb –611 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 611 yeni yoluxma faktı qeydə alınıb, 638 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 492 790 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 473 661 nəfər müalicə olunaraq sağalıb, 6 677 nəfər vəfat edib, aktiv xəstə sayı 12 452 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 575, ötən müddət ərzində isə ümumilikdə 4 958 312 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tanınmış jurnalist Elnur Əşrəfoğlu sağdır –

Sonrakı məqalə

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb