Azərbaycanda seçkiləri AŞPA-nın 30 nəfərlik müşahidə missiyası izləyəcək- Tərkib yanvarda formalaşacaq

Bu gün Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun iclası keçirilib.

İclasda fevralın 9-da növbədənkənar parlament seçkilərində müşahidə ilə bağlı Azərbaycanın rəsmi dəvəti də müzakirə edilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya bildirib ki, iclasda müzakirələrdən sonra Azərbaycanın rəsmi dəvəti məqbul sayılıb: “Müşahidə missiyasının yaradılması ilə bağlı qərar qəbul edildi. Həmin qərar əsasında AŞPA-da təmsil olunan bütün partiyalardan 30 nəfərdən ibarət müşahidə missiyası fevralın 9-da növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycana gələcək. Bu müşahidə missiyasına məruzəçilər də daxildir”.

Seyidov qeyd edib ki, müşahidə missiyasının tərkibi yanvar ayında formalaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AFFA danışılmış oyunlarla bağlı məsələyə baxıb

Sonrakı məqalə

Prezident Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində