Azərbaycanda son sutkada 56 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfər vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 725 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 258, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 128, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 298, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 41 nəfərdir.

Əvvəlki məqalə

Britaniyanın keçmiş daxili işlər naziri də Consona dəstək verdi

Sonrakı məqalə

Qazaxıstan səmasında nəhəng bayraq dalğalandı