Azərbaycanda “Teleradio haqqında” yeni qanun qəbul ediləcək –İnternet TV-lərin statusu qanuna salınır

“Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi komitənin iş planından çıxarılıb, bu qanun layihəsinin növbədənkənar sessiyada müzakirəyə çıxarılması gözlənilmir”.

Bunu APA-ya açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, ümumiyyətlə, “Teleradio haqqında” yeni qanunun qəbulu planlaşdırılır: “Bu qanun bütövlükdə nəinki kabel şəbəkəsi yayımını, həmçinin, internetdə yayımla bağlı məsələləri də əhatə edəcəyinə görə “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsini işlər planından çıxardıq”.

Qeyd edək ki, hazırda Azərbaycanda “Teleradio haqqında” qanun var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zakir Qaralovun qardaşına cinayət işi açılıb

Sonrakı məqalə

Zakir Qaralovun qardaşından operativ reaksiya: